“İraqın torpaq bütövlüyünü və kürd qardaşlarımızın haqqlarını müdafiə edirik”

Xarici İşlər naziri Mövlud Çavuşoğlu İraq Kürd Regional İdarənin rəhbəri Məsud Bərzani ilə görüşündən sonra  Ərbildə mətbuat konfransı keçirib.

795569
“İraqın torpaq bütövlüyünü və kürd qardaşlarımızın haqqlarını müdafiə edirik”

Xarici İşlər naziri Mövlud Çavuşoğlu İraq Kürd Regional İdarənin rəhbəri Məsud Bərzani ilə görüşündən sonra  Ərbildə mətbuat konfransı keçirib.

Nazir Çavuşoğlu bölgədə dinclik və sülh istədiklərini bildirərək, “İraqın torpaq bütövlüyünü dəstəkləyirik. Kürd Regional İdarəsinin haqlarını və kürd qardaşlarımızın hüquqlarını hər zaman dəqiq şəkildə müdafiə edirik.” deyib.

Çavuşoğlu İraqa səfərində prezident Fuad Məsum, Baş nazir Heydər əl-Abadi və İraq Məclisinin sədri Səlim əl Cuburi ilə çox səmərəli görüşlər keçirdiklərini və Ərbildə Bərzani ilə DEAŞ-a qarşı əməliyyat, PKK və həmin zamanda gündəmdə olan referemdumdan danışdıqlarını bildirib.

Türkiyənin referendum mövzusundakı düşüncələrini Bərzaniyə dəqiq şəkildə çatdırdıqlarını vurğulayan Çavuşoğlu bunun bölgəyə dinclik və sabitlik gətirməyəcəyinə inandıqlarını söylədiyini, referendumun səhv addım olacağını çatdırdıqlarını qeyd edib.

Türkiyənin kürd qardaşları ilə probleminin olmadığını diqqətə çatdıran Çavuşoğlu PKK və YPG ilə problemin olduğunu, əsasən onların Şimali İraqdakı kürdlərin də düşməni olduğunu vurğulayıb.

Türkiyənin məsələyə sadəcə ölkənin iqtisadi mənfəətləri cəhətdən yanaşmadığını deyən Çavuşoğlu Türkiyənin enerji təhlükəsizliyi baxımından da çox önəmli addımlar atdığına, bu önəmli layihələrin mərkəzi olduğuna da diqqəti çəkib.



Әlaqәli Xәbәrlәr