Fransa daxili işlər naziri Türkiyə ilə əməkdaşlıqdan danışdı

Fransa daxili işlər naziri Gerard Collomb fransız əcnəbi terrorçuların dönüşləri barədə onlara məlumat verən Türkiyə ilə  yaxından əməkdaşlıq etdiklərini bildirdi.

794721
Fransa daxili işlər naziri Türkiyə ilə əməkdaşlıqdan danışdı

Fransa daxili işlər naziri Gerard Collomb fransız əcnəbi terrorçuların dönüşləri barədə onlara məlumat verən Türkiyə ilə  yaxından əməkdaşlıq etdiklərini bildirdi.
 
 BFM televiziya kanalına müsahibə verən Collomb aralarında qadın və uşaqların da olduğu bir sıra fransız terroçusunun hələ də Suriya və İraqda olduğuna işarə etdi.
 
 Ümumilikdə 217 böyük və 54 uşağın bu bölgələrdən qayıtdığını, bir hissəsinin həbs olunduğunu deyən Collomb radikallaşan şəxslərin  ən azı üçdə birinin psixoloji problemləri olduğunu vurğuladı.
 
 Collomb daha əvvəlki  açıqlamasında radikallaşaraq Fransada terror aktı törətmək ehtimalı olduğu düşünülən insan sayının son 2 ildə 60 % artdığını  bildirmiş, Fiş S olaraq adlandırılna proqram çərçivəsində 18 min 500-dən artıq adamın təqib edildiyi məlumatını bölüşmüşdü.
 
 İspaniyada ötən həftə 15 nəfərin öldüyü və aralarında fransızların da olduğu çox sayda insanın yaralandığı hücumlarla əlaqədar Collomb hücumda istifadə olunan avtomobilin daha əvvəl  Fransada sürətli hərəkət etdiyi üşün fotoşəkillərinin çəkildiyini bildirdi.
 
 Collomb hücumu həyata keçirən qrupun Parisə getdiyini, lakin orada uzun müddət qalmadığını müəyyən etdiklərini də qeyd etdi.



Әlaqәli Xәbәrlәr