Beynəlxalq axtarışda olan DEAŞ terrorçusu İstanbulda yaxalandı

DEAŞ-ın Avropadakı aksiyalarının təşkilatçısı, Belçika vətəndaşı Mehdi A. Türkiyə polisinin apardığı müvəffəqiyyətli əməliyyatlar nəticəsində İstanbulda saxlanıldı

790495
Beynəlxalq axtarışda olan DEAŞ terrorçusu İstanbulda yaxalandı

Üç ildir İnterpol tərəfindən beynəlxaıq axtarışa verilən DEAŞ-ın Avropadakı aksiyalarının təşkilatçısı, Belçika vətəndaşı Mehdi A. Türkiyə polisinin apardığı müvəffəqiyyətli əməliyyatlar nəticəsində İstanbulda saxlanıldı.

Terrorçunun DEAŞ-ın fransızca danışan üzvlərinə rəhbərlik etdiyi öyrənildi.

2014-cü ildə etibarən Belçika və İnterpol vasitəsilə beynəlxalq axtarışda olan terrorçunun  DEAŞ-ın Avropada  təşkil etdiyi qanlı aksiyalarla əlaqədar olduğu müəyyənləşdirildi.

Terrorçu ədliyyə prosedurları bitdikdən sonra Belçikaya təhvil veriləcək.

 



Әlaqәli Xәbәrlәr