Türkiyənin yardım təşkilatları süfrələri "Xəlil İbrahim bərəkəti" ilə bəzəyəcək

Türkiyənin bir sıra yardım təşkilatı dünyanın bir çox ölkəsində Qurban bayramı tədbirləri keçirərək milyonlarla insana xeyriyyəçilərin yardımlarını çatdıracaq.

788801
Türkiyənin yardım təşkilatları süfrələri "Xəlil İbrahim bərəkəti" ilə bəzəyəcək

Türkiyənin ölkədə və dünyanın müxtəlif ölkələrində yardıma ehtiyacı olanları sevindirmək üçün qollarını çırmalayan yardım təşkilatları buQurban bayramında da Türk xalqının dəstəyi ilə  süfrələri "Xəlil İbrahim bərəkəti" ilə bəzəyəcək.
 
 Yardım təşkilatlarına başçılıq edən Türk Qızılayı xarici ölkələrdə 10 ildir həyata keçirdiyi qurbankəsmə  kampaniyasını bu il "Qurban Bərəkəti İl Boyu Davam Etsin" şüarı ilə həyata keçirir.
 
 Humanitar Yardım Vəqfi isə yaranmasının 25-ci ilində qurban fəaliyyətlərinə "25 İldir Ümmətə Qurban" şüarı ilə başladı. Vəqf 106 ölkə və bölgədə  2 milyon insana Qurban yardımlarını çatdırmağı hədəfləyir.

 Sədəqədaşı təşkilatı "Qardaşının Payını Ayırdınmı?" şüarı ilə  Türkiyə ilə bərabər Afrikaya, Asiyaya, Orta Şərqə, Balkan ölkələrinə, Orta Asiyaya, Qafqaza, ümumilikdə 27 ölkəyə yardımlar göndərəcək.
 

"Yaxşılıq, Yardımlaşma və Həmrəylik Dərnəyi"  ölkədəki terror qurbanları başda olmaqla, Orta Şərq, Asiya, Balkan ölkələri və Afrikada qurban tədbirləri təşkil edəcək, ehtiyac içində yaşayan insanlara keçi hədiyyə edəcək.



Әlaqәli Xәbәrlәr