Türkiyə Almaniya millət vəkillərinə hərbi hava bazasına gəlməyə icazə verdi

Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyin Müftüoğlu deyib...

787625
Türkiyə Almaniya millət vəkillərinə hərbi hava bazasına gəlməyə icazə verdi

  Türkiyə Almaniya millət vəkillərinin 8 sentyabrda NATO səlahiyyətlilərinin nəzarətilə Konyadakı NATO hərbi hava bazasına gəlməyə icazə verib.

  Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyin Müftüoğlu deyib: “Səfərin reallaşması üçün NATO baş katibi Türkiyə və Almaniya nazirlərilə danışıqlar aparıb. Səfər NATO səlahiyyətlilərinin iştirakı ilə 8 sentyabrda ediləcək. Ayrıntıların müzakirəsi hələ davam edir… Türkiyə bütün NATO əməliyyat və missiyalarının müvəffəqiyyətlə yerinə yetirilməsinə böyük yardımdır”.

  Qeyd edək ki, bundan əvvəl Türkiyə tərəfi Konyadakı NATO hərbi hava bazasına gəlməyə icazə vermədiyi üçün Almaniya parlamenti reaksiya verdi, Adanadakı İncirlik ABŞ hərbi bazasından əsgərlərini geri çağırdı.  



Әlaqәli Xәbәrlәr