"İslam dünyası da dəyərlər imtahanı ilə qarşı-qarşıya qalıb", Ö.Çelik

Fransada immiqrantlara kömək etdiyinə görə həbs edilən məhkum cütçü Cedric Herreou ilə bağlı “Twitter” hesabından şərh verən Ö.Çelik bildirib...

787674
"İslam dünyası da dəyərlər imtahanı ilə qarşı-qarşıya qalıb", Ö.Çelik

  Türkiyənin Avropa İttifaqı üzrə naziri və Baş müşaviri Ömər Çelik Avropanın immiqrantlara qarşı divarlar hörməməsi, əksinə, körpülər qurmasının lazım olduğunu söyləyib.

  Fransada immiqrantlara kömək etdiyinə görə həbs edilən məhkum cütçü Cedric Herreou ilə bağlı “Twitter” hesabından şərh verən Ö.Çelik bildirib:

  “Bundan əvvəl immiqrantlara şorba paylayanlar həbs olunmuşdu. Buna görə fransalı bir cütçüyə cəza kəsilməsi yeganə nümunə deyil…

  Avropanın bəzi yerlərində bələdiyyələrin mühacirləri saymaması, onların körpü altlarında yerləşməsi, Fransanın Kalais (Calais) düşərgəsində yaşanan çox pis rəftar mətbuatda da əks olunub. İmmiqrantlara kömək etmək istəyənlərin isə polislər tərəfindən alınması hələ də davam edir…

  Ölümdən qaçan bu insanlara görə ölkələr sərhədlərini dəmir məftillərlə hörür, silahlı qüvvələrilə bağlayırlar….

  Avropa immiqrantlara ədalətli və etibarlı yollar açmalıdır. Bu baxımdan mühacirlərə ən yaxşı sahib çıxan tək ölkə Türkiyədir. Birləşmiş Millətlər Təşkilatının Suriya Humanitar Yardım Bölümünün koordinatoru və Norveç Mühacirlər Şurasının sədri Jan Egelandın da bu həqiqətin altından qırmızı xətt çəkərək söylədiyi bu sözlər xatırlatma qyerinə düşər. O deyir: “Türkiyə qaçqınları qəbul və onları qorumaqla bağlı dünyada ən comərd ölkədir”.

  Amma Türkiyə bu vicdani və siyasi vəzifəni yerinə yetirərkən Avropanı istədiyi kimi yanında görə bilmədi. Sığınacaq axtaran insanların problemi Avropa üçün bir dəyərlər imtahanıdır. Avropa üçün köç məsələsi bir mübarizə aparacaq məsələ olmamalıdır. Bu, bir insanlıq imtahanıdır…

  İslam dünyası da dəyərlər və mədəniyyətlər imtahanı ilə qarşı-qarşıya qalıb. Amma bu bir gerçəkdir ki, məzlumların ahı yerdə qalmaz.”



Әlaqәli Xәbәrlәr