İstanbul polisi narktotacirlərə qarşı əməliyyatları bərpa edib

Bu barədə şəhər Polis İdarəsinin yaydığı xəbərdə bildirilir.

786886
İstanbul polisi narktotacirlərə qarşı əməliyyatları bərpa edib

İstanbul  Polis İdarəsi  narktotacirlərə qarşı əməliyyatların bərpa olunduğu barədə xəbər yaydı.

Məlumata görə, əməliyyatlarla bağlı reydlər İstanbulun bir neçə rayonunda keçirilir.

Reydlər çərçivəsində artıq saxlanılanlar var.

Xatırladaq ki, sonuncu dəfə avqustun 3-də İstanbulda narkotacirlərə qarşı əməliyyat çərçivəsində 17 nəfər saxlanılmışdı.

Qeyd edək ki, bir qədər öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin güc strukturlarını narkomaniyaya qarşı mübarizəni artırmağa çağırmışdı.

Ölkə lideri ölkə gənclərinə qarşı yönəlmiş terror və narkomaniya arasında heç bir fərqin olmadığını bildirmişdi.

Ərdoğan : "Hamı narkomaniya ilə mübarizə aparmalıdır" demişdi.



Әlaqәli Xәbәrlәr