Daha yüz minlərlə dinc vətəndaşın ev-eşiyindən ediləcəyi nəzərdə tutulur

BMT-nin İraqdakı Humanitar İşləri üzrə koordinatoru Lise Grande ölkədəki yeni hərbi əməliyyatların nəticəsində daha yüz minlərlə dinc vətəndaşın ev-eşiyindən ediləcəyinin nəzərdə tutulduğunu bildirib.

786498

Grande DEAŞ terror təşkilatının nəzarətindəki daha üç bölgəyə ediləcək əməliyyatlar nəticəsində yüz minlərlə dinc vətəndaşın yerindən ediləcəyini vurğulayaraq deyib ki, Mosuldan sonra Telafer, Hawija və Ənbarda olmaqla 3 böyük hərbi əməliyyatın həyata keçiriləcəyi nəzərdə tutulur.

İraqda DEAŞ-ın fəallığını artırdığı 2014-cü ildən bəridir 5,3 milyon sakinin didərgin salındığını qeyd edən Grandə evlərinə qayıdanlar olmasına baxmayaraq hələ də 3,3 milyon nəfər üçün bu problemin davam etdiyini vurğulayıb.

Grande onu da əlavə edib ki, Mosuldakı hərbi əməliyyat zamanı 955 min adam evlərini tərk etmək məcburiyyətində qalıb.  Qayıdanlardan sonra hələ 710 min nəfər didərgin şəkildə yaşayır.

9 aya yaxın davam edən hərbi əməliyyat nəticəsində iyulun 10-də Mosulun DEAŞ-dan təmizləndiyi elan edilmişdi.

Әlaqәli Xәbәrlәr