Türkiyədə Ali Hərbi Şuranın qərarı ilə üç komandan dəyişdi

Türkiyənin paytaxtı Ankarada keçirilən Ali Hərbi Şuranın toplantısında Türkiyə Silahlı Qüvvələrinin komandanlığında dəyişikliklər edilməsi barədə qərarlar qəbul olundu.

783044
Türkiyədə Ali Hərbi Şuranın qərarı ilə üç komandan dəyişdi

Dünən Türkiyə Silahlı qüvvələrinin  baş qərargah rəisi Hulusi Akarın və Baş nazir Binəli Yıldırımın başçılığı altında Ali Hərbi Şuranın toplantısı keçirildi.

Toplantıda Türkiyə Silahlı Qüvvələrinin komandanlığında dəyişikliklər edilməsi barədə qərarlar qəbul olundu.

 Şurada qəbul edilən qərarlara əsasən, Jandarm komandanı, ordu generalı Yaşar Gülər Quru Qoşunları komandanı, Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi, vitse-admiral Adnan Özbalın Hərbi Dəniz Qüvvələri komandanı, ordu generalı Həsən Küçükakyüzün Hərbi Hava Qüvvələri komandanı olaraq təyin olundular.

 Türkiyədə hərbi çevrilişə cəhddən sonra Hərbi Qüvvələrdə aparılan təmizləmələrdən sonra general və admiralların sayı bu ölkədə 40 fazi azalıb. Belə ki, hərbi çevrilişə cəhddən öncə Türkiyədə 236 general və admiral olub, hazırda isə onların sayı 196-dır.



Әlaqәli Xәbәrlәr