Terror tәşkilatına ağır zәrbәlәr endirilib

Bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.

782635
Terror tәşkilatına ağır zәrbәlәr endirilib

Türkiyə  Silahlı  Qüvvələri tərəfindən İraqın Zap  və Metina bölgələrinə təşkil edilən hava hücumu nəticəsində separatçı terror təşkilatının 3 üzvü məhv edilib.

Bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.

Məlumatda terror aktı törətməyə hazırlaşan 3 terrorçunun həyata keçirilən hava əməliyyatı nəticəsində zərərsizləşdirildiyi bildirilib.

Əməliyyatda həmçinin terrorçulara məxsus silah-sursat ambarının, bir mağara və iki sığınacağın məhv edildiyi qeyd olunub. 



Әlaqәli Xәbәrlәr