Nihat Zeybəkçi Türkiyədə olan beynəlxalq firmaların rəhbərləri ilə görüşəcək

Məlumatı Türkiyənin İqtisadiyyat Nazirliyi verdi.

781872
Nihat Zeybəkçi Türkiyədə olan beynəlxalq firmaların rəhbərləri ilə görüşəcək

Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi sabah Türkiyədə fəaliyyət göstərən beynəlxalq firmaların rəhbərləri ilə bir araya gələcək.
 
 Nazirlikdən verilən məlumatda İstanbulda keçiriləcək toplantı ilə əlaqədar: "Türkiyədə fəaliyyət göstərən aparıcı beynəlxalq sərmayəli firmaların yüksək səviyyəli rəhbərləri ilə məşvərət toplantısı keçiriləcək" deyilir.
 
 Türkiyənin baş naziri Binəliı Yıldırım ötən həftə Türkiyədə əhəmiyyətli yatırımları olan və aralarında "Siemens", "Bosch" və "Mercedes" kimi nəhənglərin də olduğu alman firmalarının rəhbərləri ilə görüşmüşdü.
 
Yıldırım toplantıda:" Almaniya ilə Türkiyə arasında yaşanan gərginlik Türkiyədə sərmayə qoyan alman şirkətlərinə zərər verməməlidir" demişdi və toplantıda iqtisadiyyat naziri ilə alman şirkətlərinin icraçı direktorlarının iştirak edəcəyi yeni yığıncağın keçirilməsi barədə qərar qəbul edilmişdi.



Әlaqәli Xәbәrlәr