"Həddini aşan bu bəyanatı pisləriyik"

Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Əl-Əqsa məscidindəki son vəziyyətlə bağlı ifadə etdiyi mövzulara dair İsrail Xarici İşlər Nazirliyi sözcüsünün həddini aşan bəyanatını pisləyib.

778045
"Həddini  aşan bu bəyanatı pisləriyik"

Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Əl-Əqsa məscidindəki son vəziyyətlə bağlı ifadə etdiyi mövzulara dair İsrail Xarici İşlər Nazirliyi sözcüsünün həddini aşan bəyanatını pisləyib.

Xarici İşlər Nazirliyi sözçüsü Hüseyn Müftüoğlu İsrail Xarici İşlər Nazirliyi sözcüsünün Türkiyə ilə əlaqəli ifadələri barəki suala cavabən açıqlama verib.

“Cənab dövlət başçımızın Əl-Əqsa məscidindəki son vəziyyətlə bağlı ifadə etdikləri mövzulara dair İsrail Xarici İşlər Nazirliyi sözcüsünün həddini aşan bəyanatını pisləyirik” deyən Müftüoğlu bildirib: “Osmanlı dövründə Fələstində fərqli dinlər və məzhəblərə mənsub camaatlar əsrlərlə sülh içində yaşamış və ibadətlərini azad şəkildə yerinə yetirmişdir. Bu çərçivədə Osmanlı dövründə ortaya qoyulan misilsiz tolerantlığı ən yaxşı İsraillilərin bilməsi və təqdir etməsi gözlənilir. Hazırda da Türkiyə Cümhuriyyətində Musəvilərin inanc və ibadət azadlıqları dövlətimizin zəmanəti altındadır” .

Müsəlmanlar üçün ən müqəddəs üçüncü məkan olan Əl-Əqsanın bütün İslam aləminin ilk yərdəki məsələlərindən olduğunu vurğulayan Müftüoğlu “Şərqi Qüds, İordan çayının qərb sahili və Qəzzada davam edən İsrail işğalı 50 ildir davam edir. Belə olan halda Şərqi Qüdsün işğal altında olduğu həqiqətini ört-basdır etməyə cəhd göstərməyin bölgədə sülh və sabitliyin təmin edilməsinə və İsrail-Fələstin münaqişəsinin həllinə dəstəyinin olmayacağı aydındır. İsrail təcili olaraq Əl-Əqsada ibadət azadlığının qarşısındakı maneələri tamamilə götürməlidir” deyə bildirib.



Әlaqәli Xәbәrlәr