"Bu dünyada sülh içində yaşamaq istəyirsinizsə başqalarını təhdid etməməlisiniz",R.Tayyib Ərdoğgan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İslam mədəniyyətinin Qərb tərəfindən ələ keçirilə bilməyən yeganə mədəniyyət olduğunu söyləyib.

777948
"Bu dünyada sülh içində yaşamaq istəyirsinizsə başqalarını təhdid etməməlisiniz",R.Tayyib Ərdoğgan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İslam mədəniyyətinin Qərb tərəfindən ələ keçirilə bilməyən yeganə mədəniyyət olduğunu söyləyib.

Dövlət başçısı Ərdoğan Cümhurbaşqınlığı iqamətgahında İslam Dünyası ali təhsil sahəsinin yaradılması üzrə yığıncaqda etdiyi çıxışda edilən əməkdaşlıqdan sonra İsrailin Əl-Əqsada axtarış dedektorlarının qaldırılmasından məmnuniyyət duyduqlarını ifadə edib.

Ərdoğan "İsrailin müsəlmanları təhqir edən  dedektor tətbiqindən geri addım atması gərginliyin azaldılması nöqtəsində doğru addım olmuşdur. Bundan məmnunluq duyduq. Amma bu addım kifayətli deyil. Cümə günləri müsəlmanlara o qapıların bağlanmasına dözüm göstərməyimiz qeyri-mümkündür." ifadələrini işlədib.

İsrail rəhbərliyinin Qüdsün İslami xarakterini təxrib etməyə üz tutduğunu qeyd edən Ərdoğan hər fürsətdə Türkiyəni tənqid edənlərin məsələ Fələstin, Qüds olduqda birdən səsini kəsildiyini söyləyib.

Dövlət başçısı Ərdoğan Əl-Əqsanın şərəfinin qorunmasının bütün İslam aləminin vəzifəsi olduğunu vurğulayıb.

Ərdoğan sözlərinə davamla deyib: "İsrail rəhbərliyinə bunu xatırlatmaq vacibdir, bu dünyada sülh içində yaşamaq istəyirsinizsə başqalarını təhdid etmək yerinə özünü və bölgəni atəşin içinə çəkəcək siyasətlərdən imtina lazımdır. İslam mədəniyyəti Qərb tərəfindən ələ keçiril bilməyən tək mədəniyyətdir."



Әlaqәli Xәbәrlәr