Türkiyə prezidenti bütün müsəlmanları Məscid-i Əqsanı ziyarət etməyə çağırdı

Türkiyə prezidenti və Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan bütün müsəlmanları Məscid-i Əqsanı ziyarət etməyə çağırdı.

777394
Türkiyə prezidenti bütün müsəlmanları Məscid-i Əqsanı  ziyarət etməyə çağırdı

Türkiyə prezidenti və Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan:"Buradan bütün müsəlmanlara səslənirəm, oraları ziyarət etsinlər, gedə bilmirlərsə, oraya yardım göndərsinlər" dedi.

Ərdoğan Ədalət və İnkişaf Partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxış etdi.

Türkiyə prezidenti çıxışında İsrail əsgərlərinin bu gün bəsit hadisələri bəhanə edərək, çəkinmədən Məscid-i Əqsanın baxçalarını kirlətməsinin səbəbinin müsəlmanların Qüdsə kifayət qədər sahib çıxmaması olduğuna diqqət çəkərək: "Madam ki, ürəyimizin bir yarısı Məkkə, bir yarısı Mədinədir, üzərində də bir tül kimi Qüds var, elə isə, gəlin birlikdə Qüdsə sahib çıxaq" dedi.
 
 Regionda hazırda baş verənlərin arxasında Məscid-i Əqsanı müsəlmanların əlindən almaq cəhdi durduğunu bildirən Ərdoğan Məscid-i Əqsanın dörd bir tərəfində müqavimət göstərən fələstinli və digər müsəlmanların dimdik durduqlarını vurğuladı.
 
 Çıxışında Qərbi də tənqid edən prezident Birinci və İkinci  Dünya Müharibələrində tarixin ən qəddar və ən qanlı qətliamlarına imza atanların Türkiyəyə insanlıq dərsi verə bilməyəcəklərini söylədi.
 
 Ərdoğan: "Qərblilər istəyirlər ki, Türkiyə onlar nə tələb edirlərsə, dərhal sorğusuz-sualsız  yerinə yetirsin. İstəyirlər ki, yalnız onların maraqları masada olsun. İstəyirlər ki, bizə verilən sözlər tapdalansın, amma biz səsimizi çıxarmayaq. Amma artıq elə bir Türkiyə yoxdur. Etdiyiniz hər  hörmətsizliyin cavabını alacaqsınız" deyə danışdı.
 
 Prezident Rusiyanın S-400 raket sistemlərinin yaxın zamanda Türkiyəyə gələcəyini də bildiridi.

 



Әlaqәli Xәbәrlәr