İnsan Haq və Azadlıqları Humanitar Yardım Vəqfinin Qəzza Zolağına yardımı

İnsan Haq və Azadlıqları Humanitar Yardım Vəqfi Qəzza Zolağındakı bələdiyyələrə su quyularındakı mühərriklərdə istifadə edilmək üçün 23 min litr yanacaq y

777415
İnsan Haq və Azadlıqları Humanitar Yardım Vəqfinin Qəzza Zolağına yardımı

İnsan Haq və Azadlıqları Humanitar Yardım Vəqfi Qəzza Zolağındakı bələdiyyələrə su quyularındakı mühərriklərdə istifadə edilmək üçün 23 min litr yanacaq yardımı göndərib.

Vəqfin rəsmisi Mehmet Qaya elektirik probleminə görə Qəzzadakı quyuların sıradan çıxdığını, həmin səbəbdən bölgədəki fələstinlilərin evlərinə su verilmədiyini, Qəzza Zolağındakı onlarla quyu arasında xüsusilə  sərhəd məntəqəsində yer tutan 15 quyu ilə maraqlandıqlarını söyləyib.

Qaya elektirik probleminin yaşandığı Qəzzaya həyat bəxs edən layihələr üçün Türkiyədən gələcək yardımların davam etməsinə ümid etdiyini dilə gətirib.

Fələstin rəhbərliyi İsraildən satın alınan elektirik üçün ayrılan aylıq vəsaiti 30 faiz məhdud etmiş, bunun nəticəsində İsrail hökuməti Qəzzaya verilən elektiriyi məhdud etmə qərarı almışdı.



Әlaqәli Xәbәrlәr