R.T.Әrdoğan Әrzurum Konqresinin 98-ci ildönümü münasibәtilә açıqlama verib

Türkiyәnin dövlәt başçısı Rəcəb Tayyib Ərdoğan  23 iyul  Әrzurum Konqresinin 98-ci ildönümü münasibәtilә açıqlama verib.

775520
R.T.Әrdoğan Әrzurum Konqresinin 98-ci ildönümü münasibәtilә açıqlama verib

Türkiyәnin dövlәt başçısı Rəcəb Tayyib Ərdoğan  23 iyul  Әrzurum Konqresinin 98-ci ildönümü münasibәtilә açıqlama verib.

Bu barәdә Prezident Aparatının mәtbuat xidmәtindәn  verilәn mәlumatda bildirilib.

Mәlumata görә, dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan  istiqlal mübarizəsinin hədəflərinin və prinsiplərinin təsdiqində həlledici rol oynayan, millətin azadlıq uğrundakı  əzm və qәtiyyәtini  bütün dünyaya eşitdirən Ərzurum Konqresinin Respublikaya doğru  uzanan yolun təməl daşlarından biri olduğunu vurğulayıb.

Rәcәb Tayyib Әrdoğan bildirib ki: ‘‘Milli sәrhәdlәr içindә  vətənin bölünməz bütövlüyünə diqqəti çəkən Ərzurum Konqresi  regional bir konqres olaraq planlaşdırmasına baxmayaraq  milli iradənin vurğulandığı milli bir konqresə çevrilmişdir. Ərzurum Konqresinin ildönümündə  başda Qazi Mustafa Kamal olmaqla  müstəqillik mübarizəmizin bütün qəhrəmanlarını hörmət və minnətdarlıqla yad edir, bütün həmvətənlərimi ən sәmimi  duyğularımla salamlayıram".



Әlaqәli Xәbәrlәr