Türkiyədən Almaniyaya xəbərdarlıq

Xarici İşlər Nazirliyi, Almaniya rəsmilərinin, Alman vətəndaşı Peter Steudtnerin Türkiyədə həbs edilməsi ilə əlaqəli açıqlamalarına reaksiya verib.

774074
Türkiyədən Almaniyaya xəbərdarlıq

Nazirlikdən mövzu ilə əlaqəli verilən açıqlamada: “Almaniyə rəsmilərinin açıqlamaları diplomatik nəzakətsizlik və qəbul edilə bilməzdir. Bu sözlər Almaniyanın hüquq ilə əlaqəli iki üzlülüyünü ortaya qoyur. 18 İyul 2017 tarixində Alman vətəndaşı Peter Steudtnerin həbs olunduğu barədə Almaniyanın Ankaradakı səfirliyinin Müvəqqəti məsləhətgüzarı ilə keçirilən görüşdə, mövzunun məhkəməyə intiqat etdiyi və müstəqil Türk mühakiməsinə edimad edilməsinin lazım gəldiyi vurğulanmışdır. Berlin səfirimiz də Almaniya Xarici işlər nazirliyinə tələblərinə cavabən məlumat vermişdir. Ancaq baş tutan rəsmi danışıqlara baxmayaraq Alman orqanlarının mövzu ilə əlaqəli qəbul edilə bilməz açıqlamalarını qınayırıq” deyə bildirib.

 

 

 



Әlaqәli Xәbәrlәr