Türkiyə sərhədləri boyu bir terror dövləti qurulmasına əsla icazə verməyəcək

MTŞ dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə 6 saat davam edən toplantı etdi.

772636
Türkiyə sərhədləri boyu bir terror dövləti qurulmasına əsla icazə verməyəcək

  Milli Təhlükəsizlik Şurasının yığıncağından sonra açıqlanan nəticə bildirişində Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyi (FETÖ/PYD), separatçı PKK, onun Suriyadakı uzantıları PYD-YPG və DEAŞ kimi terror təşkilatları başda olmaqla milli təhlükəsizliyə hər cür təhdidə qarşı hüquq çərçivəsində tədbirlərin görüləcəyi, terrorun sona çatdırlması üçün ölkə içi və xaricində qətiyyətli mübarizə aparılacağı vurğulanıb. 

  Bəzi müttəfiq ölkələrin Suriyada PYD-YPG terror təşkilatına verdiyi silah və sursatı separatçı terror təşkilatı PKK-nın əlinə keçdiyi də bildirişdə qeyd olunub.

  Bildirişdə həm də bunlar yazılır: “Yığıncaqda terror təşkilatlarına qarşı ikili standart aradan qalxmayınca bölgənin dinclik və güvənə qovuşması mümkün olmayacaq. Beynəlxalq cəmiyyətə terrorla mübarizədə ortaq anlayışa gəlmək, verilən öhdəlikləri yerinə yetirməyi bir daha təkrar edirik.

  Cənub sərhədlərə Suriya və İraqdan təhdid gələrsə, hücum baş verərsə, beynəlxalq hüquq çərçivəsində nə lazımsa, ediləcək: Türkiyə sərhədləri boyu bir terror dövləti qurulmasına əsla icazə verməyəcək."



Әlaqәli Xәbәrlәr