15 İyul 136 ölkədə yad edildi

15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə həftə ərzində 136 ölkədə 226 nümayəndəlikdə tədbirlər keçirildi. Səfirlər və baş konsullar yerli media nümayəndələri ilə 216 görüş keçirdilər.

772997

 Yerli mətbuat orqanlarında Türkiyə səfirləri tərəfindən qələmə alınan 47 məqalə dərc olundu.

15 iyul şəhid və qazilərini yad etmək məqsədilə müxtəlif ölkələrin yüksək tirajlı qəzetlərində 34 elan dərc olundu.
 
Türkiyə  Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, 9-15 iyul həftəsində xaricdə müxtəlif tədbirlər, sərgilər və yadetmə mərasimləri keçirilib.
 
 Bu çərçivədə xaricdəki nümayəndəliklərdə xatirə dəftərləri açılıb, bir çox ölkədə cümə xütbələrində 15 iyul şəhidləri üçün dualar oxunub.
 
  Türkiyənini baş nazir Binəli Yıldırım tərəfindən qələmə alınan məqalə 30 ölkədə 47 media orqanında dərc olunub.
 
Səfirliklər və baş konsulluqların himayəsində Anadolu Xəbər Agentliyinin topladığı fotolardan ibarət 69 sərgi açılıb.

Әlaqәli Xәbәrlәr