Ankarada 15 İyul Şəhidlər Abidəsi ucaldıldı

15 İyul Çevirliş Cəhdinin birinci ildönümü münasibətilə Ankarada Cümhurbaşkanlığı İqamətgahında 15 İyul Şəhidlər Abidəsinin açılışı oldu, Türkiyənin dövlət başçısı R.T.Ərdoğan çıxış etdi.

771506
Ankarada 15 İyul Şəhidlər Abidəsi ucaldıldı

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan “15 İyulu unutmamaq, unutdurmamaq” sözünü əmələ keçirməyin vacibliyndən bəhs etdi.

  Fətulahçı Terror Təşkilatı – FETÖ-nün 15 İyul Çevirliş Cəhdinin birinci ildönümü münasibətilə Ankarada Cümhurbaşkanlığı İqamətgahında 15 İyul Şəhidlər Abidəsinin açılışı reallaşdırıldı.

  Açılışda çıxış edən Ərdoğan 15 İyul çevriliş cəhdinin Türkiyənin yaşadığı ən böyük xəyanətlərdən biri olduğunu söylədi:

  “Dünyanın müxtəlif yerlərində hər hansı bir hadisədən sonra rahatlıqla fövqəladə vəziyyət qərarı verilir. Fransada terrorçular 10-15 adamı öldürdükdən sonra bir ildir fövqəladə vəziyyət aradan qaldırılmayıb. Burada isə bizim dövlətimizi yıxmağa təşəbbüs edirlər. 250 şəhidimiz, 2193 qazimiz var. Biz bu qərarı verərkən kimsədən nə etməli olduğumuzu soruşmayacağıq.

  Avropa İttifaqı ölkələrinin Türkiyəyə qarşı rəftarı ikili standartlara dayanır. Türkiyəni 54 ildir İttifaqa üzv etmirlər, cürbəcür bəhanələr gətirirlər, Türkiyəyə verdikləri sözə əməl etmirlər.

  Millətlə birlikdə 2023-cü ildə hədəfimizə çataraq Qələbə abidəsi ucaldacağıq.

  Nə FETÖ-cü xainlər, nə PKK, nə DAEŞ-in qatil sürüləri, nə də sərhədlər boyunca bizi mühasirə etməyə çalışan sözdə müttəfiqlərimiz bizi hədəflərimizdən yayındıra bilməyəcəklər. Allahın iznilə böyük Türkiyəni, güclü Türkiyəni, firavan Türkiyəni həmişə birlikdə inşa edəcəyik."



Әlaqәli Xәbәrlәr