"Türkiyə mediası imtahandan yaxşı keçdi", B.Yıldırım

Ankarada Mətbuat, Yayın və İnformasiya Baş İdarəsində 30-cusu təşkil edilən Yerli Media Yarışmasının mükafatvermə mərasimində iştirak və çıxış edən B.Yıldırım Türkiyə mediasının 15 İyul hadisəsini necə işıqlandırmasından bəhs etdi.

771134
"Türkiyə mediası imtahandan yaxşı keçdi", B.Yıldırım

 Türkiyənin Baş naziri Binəli Yıldırım Fətullahçı Terror Təşkilatı FETÖ-nün 15 iyulda xain çevriliş cəhdi zamanı medianın da imtahandan yaxşı keçdiyini söylədi.

  Ankarada Mətbuat, Yayın və İnformasiya Baş İdarəsində 30-cusu təşkil edilən Yerli Media Yarışmasının mükafatvermə mərasimində iştirak və çıxış edən B.Yıldırım dedi:

  “Alçaq çevriliş cəhdini havaya sovuran, demokratiyanı qurtaran, ölkənin müstəqilliyi, birliyi və bərabərliyi üçün canını qurban edən şəhidləri rəhmət və minnətlə xatırlayır, qazilərə uzun ömür diləyirəm.

  O gecənin başqa qəhrəmanları da var. Bu qəhrəmanların və qəhrəmanlığın başında özünü bu toprağa həsr etmiş dözümlü dövlət başçısı, bayrağını, azadlığını, ölkəsini, millətini sevən dözümlü bir hökumət var. Bir də o gecənin taleyini, seyrini dəyişdirən media. Media o gün vəziyyətdən şərəflə çıxaraq dərhal dövrəyə girdi və alçaq çevriliş edənlərin oyun planını pozdu. Etdikləri işğal cəhdi məğlubiyyətə uğradı, millətimiz duyduğu xəbərlərlə ümidləri yaşıllandı və meydanlara düşdü. Media o gecə həqiqətən imtahandan çox yaxşı keçdi.

  Türkiyədə nə olub-bitdiyini, nə yaşandığını anlamaq üçün yerli mediaya böyük ehtiyac var. Yerli media qurumlarının sayı və fəaliyyəti get-gedə artır ki, bu da ölkə, demokratiya və gələcək üçün ümidvericidir.

  15 İyul sadəcə Türkiyədə bir müvəffəqiyyətsiz çevriliş cəhdi deyil, türk siyasi tarixində tanka, topa, tüfəngə, təyyarəyə, bombaya qarşı imanından, vətən sevgisindən, bayraq sevgisindən başqa silahı olmayan millətin ortaya qoyduğu bir zəfərin adıdır. Bu, dünyada heç bir nümunəsi olmayan bir müvəffəqiyyətdir, bir zəfərdir.

  Demokratiyanı, gələcək nəsilləri xilas etdik. Ölkənin müstəqilliyini, birliyini, qardaşlığını təsis etdik. Bu çevriliş cəhdinə cürət edən alçaqlardan, əlbəttə, sonuna qədər hesab soruşulacaq.

  15 İyul çevriliş cəhdi ilə bağlı bəzi beynəlxalq mətbuat orqanlarında təhriflər edildi. Yerli media belə hadisələrə qarşı həmişə oyaq olmalıdır.

  15 iyulda bir dastan yazıldı və dastanın qəhrəmanlarını heç bir zaman unudulmayacaq."



Әlaqәli Xәbәrlәr