15 İyul şəhidləri başqa ölkələrdə də xatırlandı

Fətullahçı Terror Təşkilatı FETÖ-nün xain və qanlı çevriliş cəhdinin qarşısını almaq üçün canını sipər edən şəhidlər üçün dünyanın bir çox ölkələrində əllər səmaya açıldı, dualar edildi.

771125
15 İyul şəhidləri başqa ölkələrdə də xatırlandı
kosova 15 temmuz.jpg

  İngiltərənin paytaxtı Londonda isə Stokenevinqton bölgəsindəki “Ey adəm övladı” məscidində şəhidlər yad olundu. Anma mərasimində Türkiyənin Gənclər və İdman naziri Akif Çağatay Kılınc telekonferans yolu ilə çıxış etdi.

  Şimali Kipr Türk Respublikasında paytaxt Lefkoşadakı Əbubəkr məscidində də şəhidləri yad olundu, dualar səsləndi.

  Pakistanın paytaxtı İslamabadda iki ölkə bayraqları göylərə çəkildi.

  Şəhid Erol Olçok və oğlu Abdullah Olçok 15 İyul hadisəsinin birinci ildönümündə Makedoniyanın paytaxtı Skopyedə öz evlərində anıldı. Şəhərin tarixi Mustafa Paşa məscidində 15 İyul şəhidləri üçün Quran oxundu.

  Bosniya Herseqovinanın paytaxtı Sarayevoda da Türkiyə şəhidləri yada salındı. Türkiyənin Bosniya Herseqovinadakı səfirliyində təşkil edilən tədbirdə boşnaklar və türklər əcdat yadigarı Qazi Hüsrevbey məscidində axşam namazında bir araya gəldi. Namazdan sonra Qurani-Kərim qiraət edildi.

  Kosavanın paytaxtı Prizrendə İslam Birliyi və Türkiyə Diyanət İşləri Cəmiyyəti tərəfindən Quran oxundu, şəhidlər yad olundu, 15 İyul gecəsi yaşananlar bir daha qınandı.



Әlaqәli Xәbәrlәr