Çavuşoğlu:"Bizim əsas gözləntimiz Aİ-ninTürkiyənin üzvlük məsələsinə daha səmimi yanaşmasıdır"

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu son dövrdə gərginliyini qoruyan Türkiyə-Aİ münasibətləri ilə bağlı olaraq açıqlama verdi.

770160
Çavuşoğlu:"Bizim əsas gözləntimiz Aİ-ninTürkiyənin üzvlük məsələsinə daha səmimi yanaşmasıdır"

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rəsmi səfərlə getdiyi Qambiyada xarici işlər naziri Ousainou Darboe ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında danışdı.
 
 Çavuşoğlu son dövrdə gərginliyini qoruyan Türkiyə-Aİ münasibətləri ilə bağlı olaraq:"Bizim əsas gözləntimiz Avropa İttifaqının Türkiyənin üzvlüyü məsələsinə daha səmimi yanaşmasıdır. Yalnız ehtiyacları olduğu  zaman deyil, hər zaman Türkiyənin əhəmiyyətini bilsinlər. Fərqli düşündüyümüz mövzular ola bilər. Hər zaman oturub danışmağa hazırıq" dedi.
 
 Türkiyədə xalqın Aİ barədə rəyinin mənfi istiqamətdə dəyişdiyini bildirən Çavuşoğlu: "Türkiyənin Aİ-yə üzvlük prosesinə dəstək Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) 15 iyuldakı çevriliş cəhdindən sonra Aİ-nin yanlış və qərəzli mövqeyi ilə və Aİ-nin üzvü olan ölkələrin terrorçulara sığınma haqqı vermələri ilə azaldı. Vətəndaşlarımızın o ölkələrə etimadı azalıb. Bunu yenidən bərpa etmək üçün Aİ müsbət istiqamətdə addımlar atmalıdır. Bütün bu məsələləri 25 iyuldakı iclasda Türkiyənin Aİ məsələləri üzrə naziri Ömər Çelik ilə birlikdə gündəmə gətirəcəyik"deyə danışdı.
 
Türkiyənin xarici işlər naziri iyulun 25-də Türkiyənin Aİ məsələləri üzrə naziri Ömər Çelik ilə birlikdə Brüsselə səfər edərək Aİ rəsmiləri ilə görüşəcək. Səfərlə əlaqədar verilən sualı cavablandıran Çavuşoğlu:"Aİ və bəzi üzv ölkələrlə müəyyən məsələlərdə çətinliklər yaşasaq da, müəyyən səviyyələrdə dialoqumuzu təbii ki, davam etdiririk. Siyasi məşvərət toplantıları keçiririk . Bir sıra müştərək sahələrlə- xarici siyasət, təhlükəsizlik, regional məsələlər, Türkiyə və Aİ arasında münasibətlərlə bağlı bir müzakirələr aparmalıyıq. Aİ Türkiyəyə yalnız öz maraqları baxımından deyil, ortaq maraqlar prizmasından yanaşmalıdır. Biz fikirlərimizi həmişə dəqiq şəkildə ortaya qoyuruq, ikili standartlardan uzağıq, üzlərinə söyləyə bilmədiyimiz heç bir şeyi arxadan da demirik. Eyni səmimiyyəti Aİ-dən də gözləyirik " dedi.



Әlaqәli Xәbәrlәr