"Fövqəladə  vəziyyət rejimi yaxın gələcəkdə sona çata bilər"

Fövqəladə vəziyyət  rejimi tətbiqi, Fətullahçi Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyi (fəto / PDY)-nin kökü qazılana dək davam edəcək. Bunu prezident Rəcəb Tayyıb Ərdoğan deyib.

769395
"Fövqəladə  vəziyyət rejimi yaxın gələcəkdə sona çata bilər"

Prezident Ərdoğan, fəto / PDY-nin 15 iyulda çevriliş cəhdinin ildönümü tədbirləri çərçivəsində paytaxt Ankarada xarici sərmayəli investorlarla təşkiş edilən yığıncağa qatıldı.

Prezident Ərdoğan yığıncaqda etdiyi çıxışında, 15 iyulda həyata keçirilən çevriliş cəhdinin demokratiya və azadlıqlarla birlikdə iqtisadiyyatı də hədəf götürdüyünü, ancaq ötən müddət ərzində iqtisadiyyatın yenidən gücləndiyinin qeydə alındığını vurğulayıb.

Fövqəladə vəziyyət rejiminə də toxunan prezident Rəcəb Tayyıb Ərdoğan: “tətbiqin nə zamana qədər davam edəcəyi qərbdən yox, bizdən asılıdır. Bir tərəfdə 80 milyon vətəndaş və 780 min kilometr ilə vətən torpağı, digər tərəfdə mənliyini bir quldura həsr etmiş xain Fətullahçı terror təşkilatı vardır. Seçim bu ikisi arasında olacaq. Fövqəladə vəziyyət rejimi tətbiqinə qıssa müddətdə son qoyula bilər”

Ərdoğan ötən Həftə Almaniyanın Hamburq şəhərində G-20 sammitinin keçirildiyini xatırladaraq: “Hamburq yanırdı. Şəhərdə qalmaqal hökm sürürdü. 10 minlərlə təhlükəsizlik işçisi şəhəri əhatə etmişdi. Lakin Türkiyənin ev sahibliyi etdiyi eyni sammit   atmosferi  bütün dostlarımızın  yaddaşında  qalıb.  



Әlaqәli Xәbәrlәr