Binəli Yıldırım:''Gələcəyimizi də xainlərә təslim etməyəcəyik''

Türkiyənin baş naziri Binəli Yıldırım 15 iyulda xalqın qəhrəmanlıq dastanı yazdığını və o gecə bütün ölkədə şüurlu müqavimət nümunəsinin sərgiləndiyini bildirdi.

769588
Binəli Yıldırım:''Gələcəyimizi də xainlərә təslim etməyəcəyik''

Türkiyənin baş naziri Binəli Yıldırım Türkiyə Ədalət və İnkişaf Partiyasının Genəl Mərkəzində ''15 İyul Milli İradə Zəfərinin Analizi'' kitabının təqdimatı mərasimində çıxış etdi.

Yıdırım:''15 iyulda qəhrəman millətimiz demokratiya dastanı yazdı, vətəndaşlarımız o gecә bilərək, istəyərək meydanlara axın etdilər. Ailələrimiz gələcəyə sahib çıxdı. Bir millət o gün ayağa qalxdı, namusunu xainlərә çeynətmədi. Heç bir təxribat qardaşlığımızı poza bilməyəcək. Çalınan bütün dəyərlərimizi geri alacağıq. Bu ölkənin bir övladını belə düşmənlərə fəda eyməyəcəyik'' dedi.

Türkiyənin baş naziri çıxışına bu sözlərlə davam etdi:''Ölkəmizi, vətənimizi təslim etmədik, gələcəyimizi də xainlərә təslim etməyəcəyik. Əmin olun ki,Türkiyənin yalnız gələcəyini deyil, keçmişini də əzmlə işıqlandıracağıq''



Әlaqәli Xәbәrlәr