"Aİ-nın qərarına görə B və C planlarımızı həyata keçirə bilərik"

“Avropa İttifaqı üzvlüyümüzü qəbul etməyəcəyini açıqlayarsa, biz də rahatlayarıq. Bunu prezident Rəcəb Tayyıb Ərdoğan media orqanı BBC-yə verdiyi müsahibəsində deyib.

768974
"Aİ-nın qərarına görə B və C planlarımızı həyata keçirə bilərik"

Türkiyənin öz ayaqları üzərində dayana biləcək gücə sahib olduğunu ifadə edən prezident Ərdoğan: “Biz verdiyimiz bütün vədlərə əməl etdik. Avropa İttifaqının Türkiyəni qəbul edə bilməyəcəyini konkret səsləndirməsi, Türkiyənin xeyrinə olar. Vaxt itirmədən B və C planlarımızı həyata keçirərik. Baş nazir olduğum dövrdə keçirilən Avropa İttifaqı liderlər sammitində Türkiyə böyük inqilab reallaşdıran ölkə olaraq xarekterizə edilirdi. İndi isə eyni alyans bizi liderlər sammitinə dəvət etməkdə etmir. Vətəndaşlarımızın əksəriyyəti Avropa İttifaqına üzv olmağımızı istəmir. Bunun səbəbi isə alyansın səmimiyyətsizliyidir. Bütün bunlara baxmayaraq, biz daha bir müddət Avropa İttifaqı ilə səmimi olmaqda davam edəcəyik” deyə prezident vurğulayıb.



Әlaqәli Xәbәrlәr