'Türk Axını' layihəsi ilə əlaqədar Rusiya ilə razılıq əldə olundu

Türkiyənin "Botaş" şirkətinin baş direktoru Burhan Özcan "Türk Axını"nın Türkiyə hissəsinin maliyyələşdirilməsi məsələsi ilə əlaqədar Rusiyanın enerji şirkəti Qazprom ilə razılıq əldə etdiklərini bildirdi.

768385

 "RIA Novosti"yə müsahibə verən Özcan "Türk Axını"nın ikinci xətti üçün icazə alma prosesinin müsbət istiqamətdə davam etdiyini, heç bir maneənin olmadığını söylədi.
 
 "Türk Axını" boru xəttinin Türkiyəyə çıxışının böyük ehtimalla Frakiyada Kıyıköyə olacağını söyləyən Özcan işlərin dəniz və quruda davam etdirildiyini qeyd edi.
 
 Avropaya qazını Ukrayna üzərindən satan Rusiya bu ölkə ilə 2014-cü ildə yaşanan problemlərdən sonra alternativ bir yol axtarışına girincə "Türk Axını" layihəsi gündəmə gəlmişdi.
 
 "Türk Axını" qaz xətti Rusiya gazını Qara dənizin altından keçərək Türkiyə ərazisinə və buradan da Yunanıstan üzərindən Avropaya nəql etməyi nəzərdə tutur.

Әlaqәli Xәbәrlәr