Şırnakda 5 PKK terrorçusu təhlükəsizlik qüvvələrinə təslim oldu

Kəşfiyyat zamanı terror təşkilatı mənsublarının istifadə etdiyi bir mağara və bir sığınma yeri təsbit edilib, döyüş təyyarələri həmin yerləri hədəfə alıb.

767139
Şırnakda 5 PKK terrorçusu təhlükəsizlik qüvvələrinə təslim oldu

  Türkiyə Silahlı Qüvvələrinə aid döyüş təyyarələri Ağrı çölündə təşkil olunan hava hərəkatında separatçı terror təşkilatı PKK-ya hücum edib.     

  Ağrı çölündə kəşfiyyat zamanı terror təşkilatı mənsublarının istifadə etdiyi bir mağara və bir sığınma yeri təsbit edilib. Sonra döyüş təyyarələri həmin yerləri hədəfə alıb. Əməliyyat zamanı 4 terrorçu da zərərsizləşdirilib.

  Şəmdinli çölündə də separatçı terror təşkilatına aid çox sayda sursat və həyat ləvazimatı ələ keçirilib.

  Şırnakda isə 5 PKK terrorçusu təhlükəsizlik qüvvələrinə təslim olub. 



Әlaqәli Xәbәrlәr