Ərdoğan və Tramp yenə görüşdülər

Almaniyada Hamburq “Messe” Konfrans Mərkəzində təşkil edilən G 20 Liderlər Zirvə Toplantısı çərçivəsində tədbirin ikinci günü də ikitərəfli danışıqlar davam etdi.

767127
Ərdoğan və Tramp yenə görüşdülər

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatları prezidenti Donald Trampla görüşüb.

  Almaniyada Hamburq “Messe” Konfrans Mərkəzində təşkil edilən G 20 Liderlər Zirvə Toplantısı çərçivəsində tədbirin ikinci günü də ikitərəfli danışıqlar davam edib.

  Ərdoğan amerikalı həmkarı Trampla bir araya gəlib. 20 dəqiqə sürən görüşdə iki lider, xüsusən, Suriya proseslərindən danışıblar. Qeyd edək ki, dünən də Ərdoğan və Tramp görüşmüş və aralarında qısa söhbət olmuşdu.

  G 20 Liderlər Zirvə Toplantısında İngiltərə Baş naziri Teresa Meylə görüşündən sonra Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə bir araya gəlib. Bir saatlıq görüş zamanı əsasən iki ölkə əlaqələrinin bölgəyə təmin edəcəyi müsbət nəticələrə diqqət çəkilib.

  Daha sonra Ərdoğan Argentina prezidenti Maurisio Makri (Mauricio Macri) ilə görüşüb.



Әlaqәli Xәbәrlәr