Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Hamburqda A.Merkellə görüşdü

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan G20 sammitində iştirak etmək məqsədi ilə  Almaniyanın Hamburq şəhərinə səfər edib.

766168
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Hamburqda A.Merkellə görüşdü
Erdogan-Merkel.jpg

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan G20 sammitində iştirak etmək məqsədi ilə  Almaniyanın Hamburq şəhərinə səfər edib.

Dövlət başçısını Hamburq hava limanında səlahiyyətlilər qarşılayıb.

Dövlət başçısı Ərdoğan G20 sammiti zamanı bəzi liderlər və beynəlxalq təşkilatların nüməyəndələri ilə ikitərəfli görüşlər keçirəcək.

Ərdoğan Hamburqda ilk olaraq Almaniya kansləri Angela Merkel ilə görüşüb. Bir saata yaxın davam edən görüşdə son günlərdə gərginlik baş verən Türkiyə-Almaniya əlaqələri, FETÖ-cülərin Türkiyəyə geri verilməsi, PKK terror təşkilatının fəaliyyətləri və Dövlət başçısı Ərdoğanın Türk vətəndaşlarına mücariətinin qadağan olunması gündəmdə olub. Bununla yanaşı  köç, terrorla mübarizə, beynəlxalq ticarət kimi sammit çərçivəsindəki mövzulara da toxunulub.

Bir saat davam edən görüşdə Dövlət başçısına Baş nazirin müavini Mehmet Şimşək, Avropa İttifaqı naziri Ömər Çəlik ilə Dövlət Rəhbərliyinin sözçüsü İbrahim Kalın da müşayiət edib.



Әlaqәli Xәbәrlәr