Dövlət başçısı Avropa Parlamentinin qərarına reaksiyasını Hamburqda göstərdi

Avrupa Parlamentinin  Türkiyə ilə üzvlük müzakirələrini təxirə salmasına reaksiya göstərilməkdə davam edir.

766184
Dövlət başçısı Avropa Parlamentinin qərarına reaksiyasını Hamburqda göstərdi

Avrupa Parlamentinin  Türkiyə ilə üzvlük müzakirələrini təxirə salmasına reaksiya göstərilməkdə davam edir.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan G20 sammitində iştirak etmək üçün Almaniyanın Hamburq şəhərinə səfəri zamanı təyyarədə verdiyi açıqlamada bildirib ki, Avropa Parlamentinin Türkiyə ilə üzvlük müzakirələrini təxirə salmasının heç bir qiyməti yoxdur. Bu mövzu gündəmimdə yer tutmur. Gündəmimdə yer tutsa əhəmiyyət vermiş olaram.

Xarici İşlər Nazirliyindən mövzu ilə əlaqəli dünən verilən açıqlamada isə: “Əsassız iddialara və böhtanlara əsaslanan qərar Avropa Parlamentinin etibarını  zədələyib. Qərar  Türkiyə üçün heç nə  ifadə  etmir.

Avropa İttifaqı işləri üzrə nazir Ömər Çelik də təşkil etdiyi mətbuat konfransında AP-nin qərarına sərt reaksiya göstərib və raportu qəbul etmədiklirini bildirib.

Avropa Parlamentinin  siyasi xarakterli qərar qəbul etdiyini ifadə edən Ömər Çelik, obyektiv olmayan raportun heç bir  hökmünün olmadığını ifadə edərək: “Türkiyənin indiyədək  atdığı addımlara biganə qalan, Erməni məsələsində tək tərəfli tarix anlayışını mənimsəyən bu hesabatı qəbul etmirik. Bu raport, əməkdaşlıq hesabatı deyil. Avropa Parlamentindən gözləntimiz, uyğun əməkdaşlıq üçün zəmin yaradan, yeni körpülər salan, tənqidlərlə yanaşı irəliləyişə imkan yaradan hökmlər qəbul etməsidir. Bu hesabat bir təxribat arayışıdır. AP-nin hesabatını son iki ildə  olduğu kimi bu il də heçə sayırıq. Raport olduğu kimi geri qaytarılacaq. “Bu hesabat, AP-nin Türkiyə-AB əlaqələrinin əhəmiyyətinin idrakında olmadığının göstəricisidir” deyə vurğulayıb.

 16 Apreldəki referendumda   seçici  fəallığı  86%  oldu. Səffaf və xalqın qəbul etməsiylə reallaşdı  deyən Ö.Çelik sözlərinə belə davam edib: "Türkiyədən tələb edilir ki, xalqın iradəsinə laqeyd qalınsın. Bu geyri mümkündür. AP belə çağırışlar etmə hüququna sahib deyildir. Bu anti-demokratik yanaşmadır. AP-i xalqın iradəsinə hörmət göstərməlidir”.



Әlaqәli Xәbәrlәr