“Avropa Parlamentinin qəbul etdiyi qərar etibarsızdır”, B.Yıldırım

Baş nazir Binəli Yıldırım Avropa Parlamentinin Türkiyə ilə müzakirələrin dayandırılmasına dair qəbul etdiyi qərarın etibarsız olduğunu söyləyib.

766154
“Avropa Parlamentinin qəbul etdiyi qərar etibarsızdır”, B.Yıldırım

Baş nazir Binəli Yıldırım Avropa Parlamentinin Türkiyə ilə müzakirələrin dayandırılmasına dair qəbul etdiyi qərarın etibarsız olduğunu söyləyib.

Paytaxt Ankarada jurnalistlərin suallarına cavab verən Baş nazir Yıldırım, Avropa Parlamentinin qərarının əhəmiyyətli bir qərar olmadığını ifadə edib.

Türkiyənin Avropa İttifaqı (Aİ) mövzusundakı mövqeyində hər hansı dəyişikliyin olmadığını vurğulayan Yıldırım qeyd edib ki, Aİ-Türkiyə əlaqələrinin əsasını səmimiyyət təşkil etməlidir. Aİ gələcəyə dair istiqamətini dəqiqləşdirməli və Türkiyə ilə həqiqətən birgə addımlamağa davam edəcəkmi buna qərar verməlidir. Bizim üçün əhəmiyyətli olan Aİ rəhbərliyinin iradəsidir. Biz addımlarımızı Rəhbərliyin qərarı istiqamətində atarıq.

Aİ-nin müxtəlif mövzularda Türkiyəni tənqid etmək yerinə özünə baxmasının vacibliyini vurğulayan Baş nazir Binəli Yıldırım onu da deyib ki, PKK terror təşkilatının oradakı fəaliyyətlərinin niyə bu qədər yaygınlaştığının, FETÖ-nün fəaliyyətlərinə niyə bu qədər biganə qalındığının cavabını da bizə vermələri lazımdır. Bunu hər kəs bilməlidir ki, Türkiyənin hər zaman seçimi vardır, hər zaman gedəcək bir başqa yolu vardır, alternativsiz deyil. Ayrıca Aİ üzvlüyü Türkiyədən çox Aİ-nin mənfəətinədir. Unudulmamalıdır ki, Aİ-nin təhlükəsizliyi Türkiyədən başlayır. Bu həqiqətləri nəzərə alaraq, hər kəsin məsul davranmasını və buna görə addım atmasını etməsini gözləyirik.



Әlaqәli Xәbәrlәr