M.Çavuşoğlu Kıbırs danışıqları ilǝ bağlı mətbuata açıqlama verib

İsveçrənin Crans-Montana şəhərində davam edən Kıbrıs danışıqlarından hələ ki konkret nəticə əldə edilməyib. Bunu Xarici işlər naziri Mevlüt Çavuşoğlu deyib.

765882
M.Çavuşoğlu Kıbırs danışıqları ilǝ bağlı mətbuata açıqlama verib

M.Çavuşoğlu, Le Regent Konqres Mərkəzində gecǝ yarısına qədər davam edən yığıncaqdan sonra Türk və Rum jurnalistlərə verdiyi açıqlamada: “Kıbırıs danışıqlarının 8-ci günündə bir çox mövzu müzakirə edildi. 6-iyulda baş tutacaq danışıqlara BMT Baş katibi də qatılacaq. Təəssüf ki, indiyə dək edilən müzakirələrdən konkret nəticə əldə edilməyib. Hər kəs bir-birinin mövqeyini gözlədiyi üçün irəliləyiş olmadı. Ancaq BMT Baş katibi Antonio Guterresin bu gün yığıncağa iştirakı nəticəsində daha konkret fikirlərin ortaya çıxacağını düşünürəm. Daha çox vaxt itirilməməli”.  

Çavuşoğlu, Rum icmasının yeni təklifinin olub olmadığına dair suala cavabən: “Yeni bir təklif görmədik. Ancaq bizdən əvvvəl mətbuat belǝ  bir  tǝklifin olduğunu  bildirir.  Belǝ  bir şey  bizǝ  bildirilmǝmiş mətbuatla paylaşılması qəbul edilməzdir. əgər ciddi bir təklif olsaydı, əvvəlcədən stol başında tərəflərlə paylaşardılar. Əvvəl mətbuata sızdırıb, sonra 'təklif' gətirdik demək, düz rəftar deyil”.



Әlaqәli Xәbәrlәr