Johannes Hahn: Türkiyə Aİ-nın strateji ortağıdır

Türkiyədə səfərdə olan Avropa İttifaqı Komissiyasının üzvlük müzakirələri üzrə komissarı Johannes Hahn, Baş nazir Binalı Yıldırım tərəfindən qəbul edilib.

765909
Johannes Hahn: Türkiyə Aİ-nın strateji ortağıdır

Baş nazirlikdə qapalı qapılar arxasında baş tutan və bir saat davam edən qəbula, Avropa İttifaqı işləri üzrə nazir və Baş müzakirəçi Ömər Çəlik də qatılıb.

Ömər Çəlik, qonaq nümayəndə ilə qəbul əvvəlində keçirdiyi görüşdə, Aİ-nin, üzvlük müzakirələri istisna olmaqla, terror, köç ya da digər sahələrdə güclü əməkdaşlıq təklifinin, məntiqli olmadığını bildirmişdi.

Hahn da Türkiyə ilə Aİ əlaqələrinə toxunaraq, Türkiyənin Aİ üçün böyük əhəmiyyətə malik strateji ortaq olduğunu, bu səbəblə ikitərəfli əlaqələrin inkişafının alyansın mənfətinə olacağını vurğulamışdı.



Әlaqәli Xәbәrlәr