ABŞ Dövlət katibi Reks Tillerson Türkiyəyə səfərə gələcək

ABŞ Dövlət Departamentinin yaydığı bəyanata görə, Tillerson 9-10 iyunda İstanbulda yüksək səviyyəli Türk məsullarla görüşlər keçirəcək.

765499
ABŞ Dövlət katibi Reks Tillerson Türkiyəyə səfərə gələcək

ABŞ Dövlət Departamentinin yaydığı bəyanata görə, Tillerson 9-10 iyunda İstanbulda yüksək səviyyəli Türk məsullarla görüşlər keçirəcək.

Bəyanatda bildirilib ki, Reks Tillerson prezident Donald Trampın Almaniyada baş tutacaq G20 sammitində iştirakından sonra iyulun 9-da Ukraynanın paytaxtı Kiyevə səfər edərək bu ölkənin Dövlət başçısı Petro Poroşenko ilə görüş keçirəcək. Tilllerson Kiyevə səfərindən sonra İstanbula gələcək.

Tillersonın bu səfəri zamanı terror təşkilatı PYD/PKK-nın Suriyadakı fəaliyyətləri, Fətullahçı Terror Təşkilatının (FETÖ) quldurbaşı Fətullah Gülənin təhvil verilməsi ilə əlaqəli proses və Qətər ilə bəzi Ərəb ölkələri arasındakı böhranın həllinə dair son vəziyyətin müzakirə olunacağı gözlənilir.

Xatırladaq ki, ABŞ Dövlət katibi son olaraq martın 30-da Ankarada səfərə idi.



Әlaqәli Xәbәrlәr