İ.Kalın: ‘‘Demokratiya keşiyinә dövlәt başçımız da qatılacaq’’

Prezident  Aparatının sözçüsü  İbrahim Kalın  Suriya probleminin həlli üçün Astanada keçirilən danışıqların uğurlu olması üçün Türkiyənin səy göstərdiyini deyib.

763841
İ.Kalın: ‘‘Demokratiya keşiyinә dövlәt başçımız da qatılacaq’’

Prezident  Aparatının sözçüsü  İbrahim Kalın  Suriya probleminin həlli üçün Astanada keçirilən danışıqların uğurlu olması üçün Türkiyənin səy göstərdiyini deyib.

 İbrahim Kalın  İstanbulun  Tarabya sәmtindәki  Prezident İqamәtgahında keçirdiyi mətbuat konfransında gündəmlə bağlı açıqlamalar verib.

Çıxışı zamanı Suriya mәsәlәsinә toxunan  İbrahim Kalın: ‘‘Tәhlükәsiz  bölgәlәr vә yol xәritәsinin müәyyәnlәşdirilmәsi mәsәlәlәri  әn әhәmiyyәtli mәrhәlәlәrdәn biridir. Astanada bu mәsәlәlәr detallı şәkildә müzakirә olunacaq’’ deyib.  

İbrahim Kalın ‘‘Türkiyə  öz milli təhlükəsizlik və dövlət sərhədlərinin qorunması üçün bütün zəruri addımları atacaq’’ deyә bildirib.

Qәtәr böhranını da qiymәtlәndirәn İbrahim Kalın qarşıdakı bir neçә günün kritik olduğunu qeyd edәrәk: ‘‘Dövlәt başçımız Rәcәb Tayyib Әrdoğanın Qәtәr mәsәlәsindәki danışıqları davam edәcәk. Türkiyәnin Qәtәrdәki  hәrbi bazası regiondakı başqa ölkәlәrә tәhdid tәşkil etmir’’ deyib

İbrahim Kalın Fәtullahçı Terror Tәşkilatı Paralel Dövlәt İdarәçiliyinin iyulun 15-dә hәyata keçirdiyi dövlәt çevrilişi cәhdinin ildönümü ilә bağlı isə bildirib ki, iyulun 15-dә başlayacaq demokratiya keşiyinә dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan da qatılacaq.



Әlaqәli Xәbәrlәr