Angela Merkelin seçki proqramında Türkiyə

Angela Merkel paytaxt Berlində təşkil edilən mətbuat konfransında partiyalarının 24 sentyabr seçki proqramı haqqında danışıb.

764450
Angela Merkelin seçki proqramında Türkiyə

  Almaniya kansleri və Xristian Demokrat Birlik Partiyasının (CDU) sədri Angela Merkelin seçki proqramında Türkiyənin Avropa üçün strateji və iqtisadi əhəmiyyətinə diqqət çəkildi.

  Angela Merkel paytaxt Berlində təşkil edilən mətbuat konfransında partiyalarının 24 sentyabr seçki proqramı haqqında danışıb.

  Qarşıdakı 4 il üçün cəmiyyəti birləşdirən bir proqram hazırladıqlarını söyləyən A.Merkel vergi endirimi, ailələrə maliyyə dəstəyi təmin edilməsi, çöl bölgələri infrastrukturunun inkişaf etdirilməsi və ölkə səviyyəsində 1,5 milyon yeni bina inşa edilməsini nəzərdə tutduqlarını bildirib.

  Seçki proqramında Türkiyəyə də yer ayrılıb. Türkiyənin Avropa üçün strateji və iqtisadi əhəmiyyətinə diqqət çəkilən proqramda yazılır: "Biz Avropa İttifaqı ilə Türkiyə arasındakı əlaqələri artırmaq istəyirik. Yaxın və xüsusi əməkdaşlıq həm Avropa, həm də Türkiyədəki insanlara xidmət edir. Buna görə biz Aİ və Türkiyə arasında mümkün qədər güclü, xarici və təhlükəsizlik siyasəti, strateji əməkdaşlığı istəyirik ."



Әlaqәli Xәbәrlәr