"Afrin əgər daim təhlükəsizlik problemi yaradarsa..." F.İşık

Türkiyənin Milli Müdafiə naziri Fikri İşık separatçı terror təşkilatı PKK-nın Suriyadakı davamı PYD-nin idarəsindəki Afrində hərbi əməliyyat ola biləcəyinin siqnalını verdi.

764414
"Afrin əgər daim təhlükəsizlik problemi yaradarsa..." F.İşık

  TRT Haber kanalı proqramında gündəmlə bağlı sualları cavablandıran Fikri İşık deyib: “Afrin əgər daim təhlükəsizlik problemi yaradarsa, Türkiyə lazım olan addımı atmaqdan çəkinməyəcək. Eyni şəkildə Mümbiçdən Türkiyəyə təhdid olarsa, ora da əməliyyat təşkil edilə bilər.”  

  Türkiyə-Rusiya arasında davam edən S-400 görüşlərinə də toxunan nazir bunları söyləyib: "Rusiya ilə texniki işlər bitdi. Son qərar nöqtəsinə gəlindi. Maliyyələşdirmə məsələləri həll olunur. Yaxın günlərdə müəyyən nəticə əldə ediləcək”.

  F.İşık Türkiyənin öz resurslarıla inkişaf etdirdiyi hava və mərmi müdafiə sistemi üzərində çalışmasıyla bağlı bu layihə çərçivəsində Fransa və İtaliya ilə əməkdaşlıq etməyə qərar verildiyini söyləyib.



Әlaqәli Xәbәrlәr