B.Yıldırım Әrzincanda Ramazan bayramı münasibәtilә keçirilәn proqrama qatılıb

Türkiyәnin baş naziri Binәli Yıldırım Ərzincanın Refahiyә rayonundakı müəllim evində Ramazan bayramı münasibәtilә keçirilәn mәrasimdә iştirak edib.

759635

Mәrasimdә çıxış edәn Binәli Yıldırım Fәtullahçı Terror Tәşkilatı Paralel Dövlәt İdarәçiliyinin (FETÖ/ PDY) iyulun 15-dә hәyata keçirdiyi dövlәt çevrilişi cәhdinә toxunaraq: ‘‘O gecә xalqın gücü tankları mәğlub etdi’’ deyib.

Binәli Yıldırım hәmçinin  təhlükəsizlik  qüvvәlәrinin  Türkiyәnin hәr  güşәsindә qәtiyyәtli   mübarizә apardığını qeyd edәrәk terrorla mübarizәnin sonunadәk davam edәcәyini deyib.

Baş nazir daha sonra vәtәndaşları Ramazan bayramı münasibәtilә tәbrik edib.

Әlaqәli Xәbәrlәr