Xarici işlər nazirliyi, Yunanıstanın Ayasofiya ilǝ ǝlaqǝli sözlǝrinǝ reaksiya verib

Türkiyə Xarici İşlər Nazirliyi, ​​Yunanıstan xarici işlər Nazirliyinin Ayasofyada Quran-ı Kərim və azan oxunmasına dair sözlərini qınayıb.

758397
Xarici işlər nazirliyi, Yunanıstanın Ayasofiya ilǝ ǝlaqǝli sözlǝrinǝ reaksiya verib

Xarici işlər nazirliyinin açıqlamasında: “Yunanıstan Xarici İşlər Nazirliyi, Türk xalqının müqəddəs Ramazan ayını və Qədir Gecəsini qeyd etmək yerinə, Ayasofyada Quran-ı Kərim və azan oxunmasını təhrif etməyi seçmişdir. İnsan haqlarının başında gedən dini azadlıqlar mövzusunda Yunanıstanın indiyə qədər sərgilədiyi rəftar aşkardır. Yunan mövqeləri, Yunanıstandakı Müsəlman Türk Azınlığa dini azadlıqlar mövzusunda təzyiq etməkdə davam edirlər. Adi vəzifələrini icra etmək üçün seçilmiş müftilər haqqında məhkəmə işi qaldırırlar. İbadətə açıq bir məscid belə olmayan Selanikdə Müsəlmanların Ramazan Bayramında, tarixi məscidlərdən birində namaz qılma tələbləri bu il da mənfi qarşılandı. Bütün bu səbəblər, Yunanıstanın açıqlamasında ifadə etdiyi dinlər arası dialoqdan məqsədinin nə olduğu və ya nə idrak etdiyi sualını doğrur. Bu çərçivədə, Yunanıstanı müasir, bütün dinlərə hörmətli və demokratik bir ölkə olmağa dəvət edirik” deyə vurğulanıb.



Әlaqәli Xәbәrlәr