Dövlət başçısının sözçüsü İbrahim Kalının gündəmə dair açıqlaması

Dövlət başçısının sözçüsü İbrahim Kalın Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Behreynin Qətərə təqdim edilməsi üçün tələblərinin yer tutduğu siyahı hazırladığını söyləyib.

758167
Dövlət başçısının sözçüsü İbrahim Kalının gündəmə dair açıqlaması

Dövlət başçısının sözçüsü İbrahim Kalın Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Behreynin Qətərə təqdim edilməsi üçün tələblərinin yer tutduğu siyahı hazırladığını söyləyib.

İbrahim Kalın gündəmlə əlaqəli olaraq jurnalistlərə deyib ki, Qətərə Küveyt vasitəsilə siyahı təqdim ediləcək. Siyahıda tələblər və Qətərin yerinə yetirməsi lazım olan addımlar var. Ümumilikdə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir olmaqla dörd ölkə istəklərini çatdıracaqlarını ifadə etdilər. Biz də prosesi təqib edəcəyik.

Türkiyənin Qətərdə quracağı hərbi baza mövzusuna da toxunan İbrahim Kalın bildirib ki, buna dair təqvimi Baş Qərargah Rəisliyi hazırladı və bu plan çərçivəsində proses həyata keçiriləcək. Bazanın məqsədi hər hansı üçüncü ölkəyə qarşı təhdid yaxud təhlükə olmaq deyildir. Biz körfəz bölgəsinin hər tərəfinin təhlükəsizliyi naminə bunu edirik.

İbrahim Kalın Suriyada toqquşma olmayan bölgə məsələsi və Astanadan Cenevrəyə uzanan danışıq prosesini dəyərləndirərək deyib ki, toqquşma olmayan bölgələrlə əlaqəli Türkiyə, Rusiya və İran arasında mexanizm quruldu. Hazırda texniki heyətlər bölgələrin logistik vəziyyətini müzakirə edir. Ehtimal olaraq İdlib bölgəsində Türkiyə və Rusiya, Dəməşq bölgəsində ümumilikdə Rusiya-İran, cənubda Dera bölgəsində İordaniya və ABŞ-ın yer tutacağı mexanizm gündəmdədir. İyulda Astanada keçiriləcək yığıncağa qədər bunun daha dəqiq hala gətirilməsini gözləyirik.



Әlaqәli Xәbәrlәr