Qәdr gecәsi (əhya) müsәlmanları bir araya gәtirdi

İslam dinində min aydan daha xeyirli olan Qədr gecəsi (əhya) münasibətilə Prezident Sarayındakı  Millət Məscidində xüsusi proqram təşkil olundu.

757435
Qәdr gecәsi (əhya) müsәlmanları bir araya gәtirdi
erdogan, bestepe millet cami.jpg
bestepe millet cami.jpg

İslam dinində min aydan daha xeyirli olan Qədr gecəsi (əhya) münasibətilə Prezident Sarayındakı  Millət Məscidində xüsusi proqram təşkil olundu.

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Qədr gecəsi münasibәtilә  Beştəpə Millət Məscidində  tәşkil olunan proqramda iştirak etdi.

Proqramda Misirdən gələn hafiz Memduh İbrahim Əmir, hafiz Adəm Kemaneci, Cənubi Afrikadan gələn hafiz Əbdürrəhman Sadien, Bosniyadan gələn hafiz Senad Podojak Quran oxudular.

İsrail qüvvələrinin  təzyiq vә müdaxilәsinә baxmayaraq yüz minlərlə fələstinli müsəlman Qədr gecəsindә Məscidül Aksaya axın etdi.

Bosniya və Herseqovina, Serbiya, Xorvatiya, Çernoqoriya, Makedoniya, Kosovo və Albaniyada yaşayan müsəlmanlar da Qәdr gecәsi münasibәtilә məscidləri doldurdu.

İraq Kürd Regional Rəhbərliyinin Ərbil şəhərindəki vətəndaşlar da mәscidlәri doldurub dualar etdilәr.

Livanın Sayda şəhərindəki Əl Bәha məscidinə gələn vətəndaşlar da  Qədr gecəsi bir araya gələrək namaz qılıb dua etdilәr.

Rumıniyanın paytaxtı Buxarestdə yaşayan müsəlmanlar  Buxarest mərkəzi  məscidində Qədr gecəsi münasibәtilә keçirilәn  proqramda iştirak etdilər.

Qazaxıstanın paytaxtı Astanada yaşayan müsəlmanlar  Qədr gecəsini məscidlərdə namaz qılaraq və dua edərək qarşıladılar.

Qırğızıstanın paytaxtı Bişkekdə dә  müsəlmanlar məscidləri doldurdular.

Qeyd edәk ki, Almaniya vә Avstraliyada yaşayan müsәlmanlar da Qәdr gecәsindә mәscidlәri doldurdu, namaz qılıb, dualar oxudular.



Әlaqәli Xәbәrlәr