Numan Kurtulmuş Konqo Respublikasında rəsmi səfərdədir

Türkiyənin baş nazirinin müavini Numan Kurtulmuş Konqo Respublikasında rəsmi səfərdədir.

756645
Numan Kurtulmuş Konqo Respublikasında rəsmi səfərdədir

Türkiyənin baş nazirinin müavini Numan Kurtulmuş Konqo Respublikasında rəsmi səfərdədir.
 
 Numan Kurtulmuş paytaxt Brazavildə  "Eximbank"ın maliyyələşdirdiyi, Türkiyəı şirkəti "Summa"nın inşa etdiyii Brazavil Konfrans Mərkəzinin açılış mərasimində iştirak etdi.
 
 Baş nazirin müavini mərasimdə çıxış edərək, Türkiyənin podratçı firmalarının dünyanın bir çox ölkəsindəki uğurlarına diqqət çəkdi, türk iş adamlarını Afrikada sərmayə qoymağa çağırdı.
 
 Kurtulmuş:"Türkiyənin köklü şirkətlərindən biri olan "Summa"nın Konqonun məhək daşlarından biri olacağına ürəkdən inanıram. Həqiqi iqtisadi və siyasi müstəqillik qazanacaq Afrika xalqları gələn əsrin qlobal tənasübünün ən böyük güclərindən biri olmağa namizəddir" dedi.
 
Numan Kurtulmuş açılış mərasimində Türkiyənin Afrikaya münasibətindən də danışdı, iki ölkə arasındakı əməkdaşlığın artmasının vacibliyini vurğuladı.



Әlaqәli Xәbәrlәr