Bu gecə Qədr gecəsidir

Türkiyədə  Beştəpə Millət Məscidində və Ayasofyada Qədr gecəsi münasibətilə proqram təşkil olunacaq.

756680
Bu gecə Qədr gecəsidir
ayasofya.jpg

 İslam dinində min aydan daha xeyirli olan Qədr gecəsi münasibətilə Prezident Sarayındakı  Millət Məscidində xüsusi bir proqram təşkil olunacaq.
 
Prezident Rəcəb Tayyib Ərdoğan Qədr gecəsində Beştəpə Millət Məscidində olacaq.
 
 Proqramda Misirdən gələn hafiz Memduh İbrahim Əmir, hafiz Adəm Kemaneci, Cənubi Afrikadan gələn hafiz Əbdürrəhman Sadien, Bosniyadan gələn hafiz Senad Podojak Quran oxuyacaqlar.
 
 İlahi mahnılar və qəsidələrin də səsləndiriləcəyi proqramdan sonra obaşdan yeməyi veriləcək.
 
İstanbulda Ayasofya məbədində də Qədr gecəsi münasibətilə xüsus proqram təşkil olunacaq.
 
 Proqramda Diyanət İşləri başqanı Mehmet Görməz də iştirak edəcək.
 
"TRT Diyanət" də yayımlanan "Bərəkət Vaxtı Ayasofya" adlı proqramın Qədr gecəsinə aid  xüsusi bölümündə Ayasofyadan Quran, təkbir və əzan səsləri ucalacaq.
 
Diyanət İşləri başqanı Mehmet Görməz  müsəlmanları Qədr gecəsi münasibətilə təbrik etdi,
 
 Görməz təbrikində:"Qədr gecəsində biz möminlərə düşən ən böyük vəzifə əsrlərlə əvvəl dünya səmasına enərək bəşəriyyəti işıqlandırmağa başlayan Qurani Kərimi qəlbimizin səmasına yenidən endirməkdir" deyir.
 
 Qədr gecəsinin bütün insanlığın qədrini ucaldan bir gecə olduğunu vurğulayan Görməz, Allahın bu gecədə göndərdiyi Qurani-Kərim ilə, son və mükəmməl din olan İslam ilə bəşəriyyəti şərəfləndirdiyini qeyd edir.



Әlaqәli Xәbәrlәr