R.R.Ərdoğan "Top Chanel" televiziya kanalına müsahibә verib

Türkiyәnin dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan  Balkanların ərazi bütövlüyünün vacibliyini vurğulayıb.

755860
R.R.Ərdoğan "Top Chanel" televiziya kanalına müsahibә verib

Türkiyәnin dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan  Balkanların ərazi bütövlüyünün vacibliyini vurğulayıb.

Dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan Albaniyanın "Top Chanel" televiziya kanalına müsahibә verib.

Әrdoğan müsahibә zamanı Albaniyada bu hәftә keçirilәcәk parlament seçkilәrinә toxunaraq: ‘‘Keçirilәcәk seçkilәr Albaniyada yeni dövrün başlamasına sәbәb olacaq’’ deyib.

Rәcәb Tayyib  Ərdoğan  Türkiyə ilə Albaniya arasındakı münasibətlərin  yüksәk sәviyyәdә olduğunu deyib.

Albaniyanı  Balkanlarda çox əhəmiyyətli  həmrəylik faktoru və sabitliyi təmin edәn ölkə kimi hesab etdiklәrini  bildirәn Әrdoğan  Albaniya, Makedoniya və Kosovonı  tәk   bir Albaniya dövləti şəklində birləşdirmək cəhdlərinə qarşı iddialara da toxunub.

Ərdoğan, "Belə bir şeyi düşünmək istəmirik. Hər bir ölkəni  öz coğrafi şərtləri içərisində dəyərləndirməliyik  və müdaxilələrin  əsla doğru olduğunu düşünmürük.  Məhz bu anda İraqda, Suriyada olanlar ortadadır. Eyni şeylərin Balkanlarda yaşanmasını istəmirik" deyib.

Rәcәb Tayyib Ərdoğan  Türkiyə ilə Albaniya arasında  tarixi köklәrә әsaslanan  münasibәtlәrin  olduğunu vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr