Binәli Yıldırım Yunanıstanın Gümülcine şәhәrindә Türklәrlә bir araya gәlib

Türkiyәnin baş naziri  Binәli Yıldırım Yunanıstanın Gümülcine şəhəri yaxınlığındakı Kurcalı  kəndində təxminən 5 min nәfәrin iştirak etdiyi  iftarda qәrbi Trakiyalı Türklərlə bir araya gәlib.

755871

Baş nazir çıxışı zamanı mübarәk Ramazan ayında iftar yemәyindә qәrbi Trakiyalı Türklәrlә  bir araya gәlmәkdәn mәmnunluq duyduğunu bildirib.

‘‘Yunanıstan  vә Türkiyә iki qonşu ölkәdir. Birlikdә görәcәyimiz  çox iş var. Soydaşlarımız Yunanıstan ilə Türkiyə arasındakı münasibətlərdə  körpü  rolü oynayır’’- deyә Türkiyәnin baş naziri Binәli Yıldırım qeyd edib.

Yunanıstan ilə illәrdir  apardıqları  dialoq sayəsində iki ölkə arasında ticarət, iqtisadiyyat, turizm vә  nəqliyyat sahəlәrində әmәkdaşlığın  inkişaf etdiyini bildirən  Binәli Yıldırım  nailiyyətlər üçün dialoqun vacib olduğunu deyib.

Әlaqәli Xәbәrlәr