Baş nazir Binəli Yıldırım Yunanıstanda səfərdədir

Baş nazir Binəli Yıldırım Yunanıstana səfəri çərçivəsində Afinada həmin ölkənin Baş naziri Aleksis Çipras ilə görüşüb.

755395
Baş nazir Binəli Yıldırım Yunanıstanda səfərdədir

Baş nazir Binəli Yıldırım Yunanıstana səfəri çərçivəsində Afinada həmin ölkənin Baş naziri Aleksis Çipras ilə görüşüb.

Binəli Yıldırım Baş Nazirlik binasında yunan həmkarı tərəfindən qarşılanıb. İki lider təkbətək görüşdən əvvəl salamlaşma əsasında çıxış ediblər.

Baş nazir Yıldırım öz növbəsində deyib ki, biz qonşuyuq, bizdə belə bir söz var; qonşu qonşunun külünə möhtacdır. Eyni coğrafiyada yaşayarıq, deməli eyni taleyi bölüşürük. Şübhə yoxdur ki, bəzi zamanlar problemlər yaşayırıq, bunların həllində məntiqli addımlar ataraq müsbət istiqamətdə irəliləmək mümkündür.

Son illərdə Yunanıstanın bir sıra çətinliklərlə qarşı-qarşıya olduğuna diqqət çəkən Yıldırım vurğulayıb ki, Türkiyənin də cənub sərhədlərində, Suriyada, İraqda vətəndaş müharibələri davam edir. Biz də çətin məsələlərlə qarşı-qarşıyayıq. Bunları tolerantlıqla həll edə biləcəyimizə inanıram. Birgə atacağımız addımlar problemlərdən daha çoxdur, imkanları yaxşı dəyərləndirməliyik. Bunun üçün də cəhd göstərməliyik.

Yunanıstanın Baş naziri Aleksis Çipras da Türkiyə ilə Yunanıstan arasındakı problemləri təsisedici yanaşma ilə həllə qovuşdurmağın çox önəmli olduğunu vurğulayıb.



Әlaqәli Xәbәrlәr