Baş nazir Binəli Yıldırım bugün Yunanıstana səfər edəcək

Baş nazir Binəli Yıldırım Yunanıstanın baş naziri Aleksis Çiprasın dəvətilə bu gün Yunanıstana səfər edəcək.

755037
Baş nazir Binəli Yıldırım bugün Yunanıstana səfər edəcək

Baş nazir Binəli Yıldırım Yunanıstanın baş naziri Aleksis Çiprasın dəvətilə bu gün Yunanıstana səfər edəcək.

Baş nazirin paytaxt Afinada adı çəkilən ölkənin baş naziri Çipras və prezidenti Prokopis Pavlopoulos ilə görüşü olacaq, daha sonra Türk azlığın yaşadığı Qərbi Trakya bölgəsinə də baş çəkərək soydaşlar ilə iftar proqramında bir araya gələcək.

İki il yarımdır baş nazir səviyyəsində Türkiyədən  Yunanıstana səfər reallaşmırdı. Baş nazirin səfəri çərçivəsində ikitərəfli əlaqələr və regional mövzularla yanaşı Türkiyə - Avropa İttifaqı əlaqələri və Kıbrıs mövzusunun da müzakirə olunacağı  gözlənilir.

Qeyd edək ki, Kıbrıs Konfransı bu ayın sonunda İsveçrənin Cenevrə şəhərində yenidən keçiriləcək. Bu arada Türkiyənin Aralıq dənizində seysmik və qazma strategiyası gündəmdədir. Rum tərəfi isə neft və təbii qaz axtarış işləri ilə əlaqədar olaraq bəzi beynəlxalq şirkətlər ilə tək tərəfli müqavilələr imzalayıb. Bütünbu proseslər nəzərə alındığında Baş nazir Yıldırımın Afinaya reallaşdıracağı bir günlük işgüzar səfər son dərəcə əhəmiyyətli bir dövrdə reallaşdırılacaq.

Yunan mediasına görə, səfər prezident Rəcəb Tayyib Ərdoğanın Yunanıstan baş naziri Çipras ilə 13 mayda Çinin paytaxtı Pekində təşkil edilən “Qurşaq və Yol Zirvəsi” çərçivəsində keçirdikləri görüşün davamı xüsusiyyətindədir.



Әlaqәli Xәbәrlәr