Jandarm Baş Komandirliyi heyəti, prezidenti qəbulunda olub

Fövqəladə vəziyyətdən mənbələnən bütün səlahiyyət və tədbirlər terror təşkilatlarına qarşı istifadə edilir. Bunu prezident Ərdoğan deyib.

752668
Jandarm Baş Komandirliyi heyəti, prezidenti qəbulunda olub

Prezident Ərdoğan Türk ordusunun Jandarm hissəsinin yaradılışının 178-ci il dönümü münüsibətiylə Jandarm Baş Komandirliyi heyətini qəbul edib.

Prezident Rəcəb Tayyıb Ərdoğan qəbul zaman: “15 İyul çevriliş cəhdindən sonra elan edilən fövqəladə vəziyyətin bəxş etdiyi bütün səlahiyyətlər yalnız terror təşkilatlarına qarşı tətbiq olunmuşdur. Fövqəladə vəziyyət tətbiqi heç bir vətəndaşımızın həyatında mənfi təsir etməyib. Təhlükəsizlik qüvvələri və dövlətin digər təşkilatlarının terrora qarşı mübarizəsi təqdirə şayandır. Son dövrdə Kato dağı, Best Adası və Cudi dağında xain terror təşkilatına qarşı edilən mübarizə yaddaşlardan silinməyəcək. Sizlər hazırda tarix yazırsınız. Bu unudulmayacaq. Separatçı terror təşkilatı PKK-ya qarşı mübarizədə Jandarm qüvvələri əhəmiyyətli vəzifə icra edir. Sizlərin terrora qarşı mübarizədə sərgilədiyiniz qəhrəmanlıqlara şahid oluruq” deyə vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr