Bolqarıstanın baş naziri rəsmi səfərlə Türkiyəyə gəldi

Bolqarıstanın baş naziri Boyko Borisov rəsmi səfərlə Türkiyəyə gəldi.

752083
Bolqarıstanın baş naziri  rəsmi səfərlə Türkiyəyə gəldi

  Bolqarıstanın baş naziri Boyko Borisov rəsmi səfərlə Türkiyəyə gəldi.

 Türkiyənin baş naziri Binəli Yıldırım Ankarada Bolqarıstan baş naziri Boyko Borisovu rəsmi  mərasimlə qarşıladı.Mərasimdə xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak etdi.
 Sonra Çankaya Köşkündə birgə mətbuat konfransı keçirildi.
 Binəli Yıldırım mətbuat konfransında yeni bir dövrə qədəm qoyulduğunu qeyd etdi və: "Bu  dövrdə Avropa İttifaqı gələcəklə bağlı görüşlərini bir daha gözdən keçirməlidir. Türkiyə  Avropa  İttifaqına üzvlük müzakirələrini davam etdirmək, Gömrük İttifaqı danışıqlarına yenidən  başlamaq istəyir" dedi.
 Türkiyənin baş naziri Avropanın təhlükəsizliyinin Türkiyə və Bolqarıstandan başladığını vurğuladı və: "Bölgədə cərəyan edən hadisələri və baş verə biləcəkləri  düşündüyümüz zaman  Türkiyə-Aİ əlaqələrinin əhəmiyyətinin bundan sonra daha da artdığını görürürk. Bu həqiqətə  diqqət etmək lazımdır" ifadələrini işlətdi.
 Binəli Yıldırım Bolqarıstanın gələn ilin əvvəlindən etibarən Avropa İttifaqına sədrlik edəcəyini  xatırlatdı və bu dövrün Türkiyə- Bolqarıstan-Avropa İttifaqı münasibətləri üçün də mühüm bir  dövr olacağını  dilə gətirdi.

 Bolqarıstan baş naziri Boyko Borisov da Türkiyə- Avropa İttifaqı münasibətlərinə toxundu və: "Bir neçə il əvvəl Türkiyə böyük qaçqın dalğasının qarşısını almasaydı, bu dalğa bütün Avropanı silib-süpürəcəkdi. O zaman görülən  ən ağıllı iş Türkiyə ilə Aİ arasında bağlanan müqavilə oldu və biz bu müqavilənin davam etməsini istəyirik" dedi.
 Bolqarıstanın baş naziri ölkəsinin Türkiyə ilə münasibətlərinə əhəmiyyət verdiyini qeyd etdi, Türkiyə ilə bir sıra sahələrdə əməkdaşlıq edəcəklərini, Türkiyə-Aİ münasibətlərinin normallaşması üçün çalışacaqlarını söylədi.
  Borisov Türkiyənin Bolqarıstanda çox böyük sərmayələr qoyduğuna diqqət çəkdi, sərmayələr  sayəsində 10 minidən çox bolqar vətəndaşın işlə təmin olunduğunu bildirdi.
 Borisov Yıldırım ilə enerji sahəsi başda olmaqla, bir çox məsələləri müzakirə etdiklərini dedi.
 Bolqarıstanın baş naziri səfəri çərçivəsində İstanbula da gedəcək, keçirəcəyi görüşlərdə  mehriban qonşuluq və qarşılıqlı faydalanmağa əsaslanan ikitərəfli əlaqələr və regional  məsələlər müzakirə olunacaq.
 
 



Әlaqәli Xәbәrlәr